“Neftçi”də idman direktoru vəzifəsinə təyinat olub.
Klubdan apasport.az saytına verilən məlumata görə, tanınmış futbol funksioneri, İsveç milli komandasının idman direktoru Yens Andersson “ağ-qaralar”la müqavilə bağlayıb.
50 yaşlı mütəxəssis buna qədər ölkəsinin AİK (2010-2013, 2014, 2018-2020), Xorvatiyanın “Hayduk” (2013, Split), Danimarkanın “Orxus” (2014-2016) kimi klublarında eyni funksiyanı yerinə yetirib. Təcrübəli mütəxəssis 2022-ci ildən İsveç millisində idman direktoru kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Yens Andersson müqavilənin imzalanması üçün Bakıya gəlib. Mütəxəssis işə İsveç Futbol Federasiyasındakı sənədləşmə işlərini yekunlaşdırdıqdan sonra başlayacaq.