Meza Kolli: "Həmin günlər geridə qaldı"
06.01.2023 - 12:08
Meza Kolli: "Həmin günlər geridə qaldı"

“Çətin aylar keçdi, artıq həmin günlər geridə qaldı. Uzun müddət idi ki, bərpa prosesində idim. Hazırda özümü yaxşı hiss edirəm. Komanda ilə birgə olduğuma görə xoşbəxtəm”. 

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Sezar Meza Kolli klubun televiziyasına müsahəsində deyib. 

1 ilə yaxındır zədədən əziyyət çəkən paraqvaylı pleymeker komandasının oyununu kənardan izləməsinin çətin olduğunu vurğulayıb: “Neftçi"nin uğurları üçün əlimdən gələni edəcəm. Burada olmasam da, oyunların 80 faizini izləyirdim. Yaxşı matçlar da oldu. Hazırda komanda ilə bərabərəm”.

Meza Kolli bildirib ki, baş məşqçi onun mövqeyində bir neçə futbolçunu sınasa da, heyətdə yerini bərpa edəcəyinə inanır. 

Qeyd edək ki, Antalyada hazırlıq keçən “Neftçi” təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama matçında gücünü yoxlayacaq.  

writer photo
Əlirza Əlirzalı
0