"Milan" heyətinə gəncləri cəlb etməkdə davam edir
20.07.2024 - 23:20
"Milan" gənc hücumçusu Françesko Kamarda ilə peşəkar müqavilə imzalayıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 16 yaşlı futbolçunun müqaviləsi 2027-ci ilin yayına kimidir.
Françesko Kamarda "Milan"da ötən ilin noyabrında debüt edib. Ötən mövsüm U-19 komandasında 41 oyunda meydana çıxan futbolçu 14 qol vurub.
0
0