Millətlər Liqasında qol maşınları və ya Emreli, Şeydayev...
28.09.2022 - 15:56
Millətlər Liqasında qol maşınları və ya Emreli, Şeydayev...

Millətlər Liqası tarixinin ən yaxşı bombardirləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, 2018-ci ildən keçirilən yarışda üç futbolçu 10 və daha çox qola imza atıb.

Bu “qol maşınları”nın siyahısına Aleksandar Mitroviç başçılıq edir. Serbiyalı forvardın aktivində 14 qol var.

İkinci sırada Erlinq Haland qərarlaşıb. Norveçli ulduz 12 dəfə rəqib qapılarına yol tapıb.

İlk “üçlüy”ü Romelu Lukaku qapayır. Belçikalı 10 dəfə fərqlənib.

Qeyd edək ki, Azərbaycan millisinin bombardirləri hərəyə iki qol vuran Riçard Almeyda, Dmitri Nazarov, Mahir Emreli və Ramil Şeydayevdir.
 

writer photo
Əlirza Əlirzalı
0