Millimiz 1/4 final matçına çıxacaq
06.06.2024 - 09:11
Millimiz 1/4 final matçına çıxacaq

Azərbaycanın minifutbol millisi bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında 1/4 final matçına çıxacaq.

Apasport.az xəbər verir ki, milli komanda bu mərhələdə Qazaxıstanla qarşılaşacaq. Matç saat 19:00-da start götürəcək. 

Elşad Quliyevin yetirmələri növbəti qələbəni qazanaraq yarımfinala yüksəlməyə çalışacaqlar. 

Qeyd edək ki, millimiz qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda isə Bolqarıstanı mübarizədən kənarlaşdırıb - 3:1.

writer photo
Əlirza Əlirzalı
0