Premyer Liqa futbolçusu "Qalatasaray" yolunda
02.02.2024 - 18:04
Premyer Liqa futbolçusu "Qalatasaray" yolunda

"Qalatasaray" Premyer Liqa futbolçusu ilə anlaşıb. 

Apasport.az məşhur insayder Fabrizio Romanoya istinadla xəbər verir ki, İstanbul təmsilçisi brazilyalı forvard Karlos Vinisius ilə razılıq əldə edib. 

"Fulhem"ə məxsus futbolçu icarə əsasında mövsüm sonuna qədər "aslanlar"ın heyətində çıxış edəcək. 

Məlumata görə, "Fulhem" Armando Broja ilə rəsmi müqavilə imzaladıqdan sonra futbolçunun keçidinə icazə verəcək. 

Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə 16 matça çıxan Vinisius aktivinə 3 qol yazdırıb. 

writer photo
Əlirza Əlirzalı
0