Premyer Liqamızdan irəliləyiş
21.01.2024 - 21:34
Premyer Liqamızdan irəliləyiş

Azərbaycan Premyer Liqası dünyanın ən güclü futbol liqaları sırasında yer alır.

Apasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) məlumat yayıb.

Qurumun 2023-cü il üçün tərtib etdiyi siyahıda 100 ölkənin çempionatı yer alıb. Hesablamalara əsasən çempionatımızın əmsalı 429,75-ə bərabərdir. Bu nəticə ilə Premyer Liqamız dünyada 40-cı ən güclü çempionat sayılır. Xatırladaq ki, Azərbaycan çempionatı əvvəlki illə müqayisədə 1 pillə irəliləyib.
Dünyanın ən güclü liqası isə İtaliya A seriyasıdır. 2022-ci ildə 5-ci olan İtalyanlar hazırda 1619,5 xalla liderliyi ələ keçirə biliblər.
Siyahıda İngiltərə Premyer Liqası 1567 xalla 2-ci, 1447 xala malik İspaniya La Liqası 3-cü sırada yer alıb.
Maraq üçün qeyd edək ki, qardaş Türkiyə Super Liqası ötən ilin yekunlarına əsasən 3 pillə irəliləyərək 838,25 xalla 12-ci pilləyə yüksəlib.

writer photo
Əlirza Əlirzalı
0