Fransa Futbol Federasiyasından müsəlmanları qıcıqlandıran qərar
13.03.2024 - 16:18
Fransa Futbol Federasiyasından müsəlmanları qıcıqlandıran qərar

Fransa Futbol Federasiyası Ramazan ayında futbolçulara oruclarını açması üçün matçlarda fasilə yaranmasına yenə icazə verməyəcək.

Apasport.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası qərar qəbul edib.

Qərar oyun tempinin pozulması ilə əlaqələndirilib. 

Qeyd edək ki, qurum ötən il də futbolçulara maye içmək üçün matçlarda fasilə vermələri və ya qida qəbul edərək iftar etmələrini qadağan etmişdi.

writer photo
Əlirza Əlirzalı
0