“Neftçi” qışda bəzi oyunçuları göndərməyi planlaşdırır. Buna səbəb isə onların özlərini doğrulda bilməməsidir.
Apasport.az saytına verilən məlumata görə, həmin oyunçulardan biri də Lukas Melanodur. Mövsümün gedişində Argentinanın “Sarmiento” klubundan transfer edilmiş Melano “Neftçi”də özünü göstərə bilməyib və Adrian Mutu da ondan narazıdır. Hətta narazı olduğunu Melanonun özünə də bildirilib.
Məlumata görə, “Neftçi” onu daha səviyyəli legionerlə əvəzləmək istəyir. Təzminat məsələsində problem yaranmasa, klub Melano ilə yollarını ayıracaq. Yox, futbolçu təzminat istəyərsə, onun müqavilə müddətinin sonuna qədər komandada saxlanılacağı gözlənilir.
Qeyd edək ki, 30 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. O, əvvəllər "Belqrano", "Lanus", "Portlend Timbers", "Estudiantes", "San Lorenso", "Sentral Kordoba", "Atletiko Tukuman", "Nyuells Ol Boys" klublarında oynayıb.