"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun brifinqi olacaq
21.07.2024 - 01:04
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun brifinqi olacaq

"Qarabağ" UEFA Çempionlar Liqasının 2024/25 mövsümünün II təsnifat mərhələsinin hazırlığını davam etdirir.

Apasport.az xəbər verir ki, ilk oyununu səfərdə keçirəcək Azərbaycan çempionu Cəbəllütariqə yola düşməzdən qabaq son məşqinə bu gün çıxacaq.

“Azersun Arena”da başlayacaq hazırlıqdan əvvəl komandanın baş məşqçisi Qurban Qurbanovun brifinqi təşkil olunacaq. Brifinq saat 17:00-da başlayacaq. Ardınca ilk 10 dəqiqəsi KİV nümayəndələri üçün açıq olan məşq prosesi start götürəcək.

Qeyd edək ki, “Linkoln” - “Qarabağ” görüşü iyulun 23-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0