Millimiz 1/8 final matçına çıxacaq
05.06.2024 - 09:54
Millimiz 1/8 final matçına çıxacaq

Minifutbol üzrə Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatının pley-offundakı rəqibi bəlli olub.

Apasport.az xəbər verir ki, yığmamız 1/8 finalda Bolqarıstanla qarşılaşacaq.

Oyun bu gün saat 19:30 start götürəcək. Komandamız qələbə qazanacağı təqdirdə 1/4 finalda Qazaxıstan – Sloveniya cütünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, millimiz qrup mərhələsində keçirdiyi hər 3 oyunu qələbə ilə başa vurub.

Avropa çempionatı, 1/8 final
5 iyun

Rumıniya – Gürcüstan
Serbiya – Macarıstan
Qazaxıstan – Sloveniya
Ukrayna – Fransa
Azərbaycan – Bolqarıstan
Monteneqro – Polşa
Bosniya və Hersoqovina – Çexiya
Slovakiya – Belçika

writer photo
Əlirza Əlirzalı
0