“Milan” Çempionlar Liqasında uğursuz seriyaya son qoyub.
Apasport.az saytı xəbər verir ki, İtaliya klubu 16 ildən sonra Avropanın ən nüfuzlu klub turnirində 1/2 finala yüksəlib.
1/4 finalda “Napoli”ni mübarizədən kənarlaşdıran “rossonerlər” sonuncu dəfə 2006/07 mövsümündə bu hüquqa yiyələnib. Maraqlıdır ki, həmin zaman yarımfinalda "Mançester Yunayted"i (2:3, 3:0) məğlub edən “Milan” finalda “Liverpul”a (2:1) da qalib gələrək Çempionlar Liqasını qazanıb.
Stefano Piolinin çalışdırdığı komanda 7-ci dəfə yarımfinala vəsiqə qazanmaqla, bu göstəricidə “Yuventus”a da çatıb.
Qeyd edək ki, “Milan” 1/4 finalda “Napoli”yə evdə 1:0 hesabı ilə qalib gəlib, səfərdə isə 1:1 hesablı heç-heçə edib.