Millimiz növbəti oyununda da məğlub olub
28.08.2024 - 11:04
Millimiz növbəti oyununda da məğlub olub

Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil edilən təlim-məşq toplanışında ikinci yoldaşlıq görüşünü keçirib.

Apasport.az xəbər verir ki, yığma növbəti dəfə Belarusla üz-üzə gəlib.

Su İdmanı Sarayının çimərlik futbolu meydançasında baş tutan qarşılaşmada rəqib 3:2 hesablı qələbə qazanıb.

Komandamızın heyətində qolları Amid Nəzərov və Sabir Allahquliyev vurublar.

Tərəflər arasında bir gün əvvəl keçirilən qarşılaşmada Belarus yığması 4:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yeni baş məşqçi Sahib Məmmədovun rəhbərliyi altında avqustun 1-dən təlim-məşq toplanışında olan Azərbaycan yığmasının hazırlığı ayın 31-dək davam edəcək.

writer photo
Əlirza Əlirzalı
0