40 milyonluq təklif
27.10.2023 - 11:02
40 milyonluq təklif

“Real” heyətinə yeni müdafiəçi qatmağı planlaşdırır.

Apasport.az xəbər verir ki, “Kral klubu” Robin Le Norman üçün 40 milyon avro təklif edib.

İspaniya nəhəngi “Real Sosyedad”ın müdafiəçisini qışda heyətinə qatmaqda niyyətlidir. 27 yaşlı futbolçunun bu təkliflə razılaşacağı gözlənilir.

Qeyd edək ki, fransalı oyunçu üçün daha öncə İngiltərə nəhəngləri “Mançester Yunayted” və “Liverpul” klubları 44 milyon avro təklif edib.

writer photo
Əlirza Əlirzalı
0