Xviça Kvaratsxeliyadan yeni müqavilə
10.11.2022 - 17:34
Xviça Kvaratsxeliyadan yeni müqavilə

Xviça Kvaratsxeliya “Napoli” ilə müqaviləsini yeniləyəcək.

Apasport.az saytının məlumatına görə, yeni sazişə əsasən, Gürcüstan millisinin üzvü 2028-ci ilin yayına qədər neapollulara məxsus olacaq.

21 yaşlı oyunçunun məvacibi də artırılacaq. İllik maaşı 1 milyon avro təşkil dən Xviça bundan sonra ilinə 2 milyon avro qazanacaq. Həmçinin forvardın müqaviləsində qeyd olunan sərbəst qalma müddəasında da dəyişiklik olacaq. Onu istəyən klublar artıq 35 milyon deyil, 100 milyon avro xərcə düşməli olacaqlar.

Qeyd edək ki, “Real”, PSJ, “Mançester Siti”, “Barselona” kimi klubların gündəmində olan Xviça Kvaratsxeliya bu mövsüm “Napoli”nin heyətində 17 oyunda 8 qol vurub, 8 məhsuldar ötürmə verib.
 

writer photo
Əlirza Əlirzalı
0