Millimiz Macarıstana qarşı - YENİLƏNİR
04.11.2023 - 10:03
Millimiz Macarıstana qarşı - YENİLƏNİR

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, Elşad Quliyevin yetirmələri üçüncülük uğrunda matçda Macarıstan yığması ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Matç “İdman TV”də yayımlanacaq.

Qeyd edək ki, millimizin yarımfinalda məğlub olduğu Qazaxıstan millisi çempionluq üçün Rumıniya millisi ilə qarşılaşacaq.

DÇ-2023
III yer uğrunda oyun
4 noyabr
18:00. Macarıstan - Azərbaycan

writer photo
Əlirza Əlirzalı
0