Çempionlar Liqası: 8 matçla I təsnifat mərhələsinə START
05.07.2022 - 09:32
Çempionlar Liqası: 8 matçla I təsnifat mərhələsinə START

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsi başlayır.

Apasport.az saytının məlumatına görə, ilk gündə 8 görüş baş tutacaq.

Azərbaycan çempionu “Qarabağ” Polşada “Lex”in qonağı olacaq. Sabah isə mərhələnin daha 7 oyunu olacaq.

Qeyd edək ki, I təsnifat mərhələsində cavab görüşləri iyulun 12-13-də keçiriləcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
5 iyul

20:00. “Pünik” (Ermənistan) - ÇFR (Rumıniya)
21:00. “Malmö” (İsveç) – “Vikinqur” (İslandiya)
21:45. “Lüdoqorets” (Bolqarıstan) – “Sutyeska” (Monteneqro)
22:00. “Ballkani” (Kosovo) – “Jalgiris” (Litva)
22:00. “Lex” (Polşa) – “Qarabağ” (Azərbaycan)
22:00. TNS (Uels) - “Linfild” (Şimali İrlandiya)
22:30. “Şemrok Rovers” (İrlandiya) – “Hibernians” (Malta)
22:45. “Şkupi” (Şimali Makedoniya) – “Linkoln” (Cəbəllütariq)
 

writer photo
Əlirza Əlirzalı
0