Ayda 1 avro maaş alacaq
20.01.2024 - 19:17
Xəbər verdiyimiz kimi yarımmüdafiəçi İvan Perişiç vətəni Xorvatiyaya qayıdıb.
Apasport.az xəbər verir ki, Tottenhem"in “Hayduk"a icarəyə verdiyi 34 yaşlı futbolçunun müqaviləsinin detalları bəlli olub.
Belə ki, razılaşmaya əsasən veteran futbolçu ayda 1 avro maaş alacaq. Maraq üçün qeyd edək ki, Xorvatiya futbolunun tanınmış simalarından hücumçu Nikola Kaliniç də "Hayduk"la eyni şərtlərlə müqavilə imzalayıb. Hər iki futbolçu komandaya dəstək olmaq üçün bu addımı atıblar.
0
0