Millimiz 4-cü yeri tutdu, Çexiya çempion oldu
06.05.2023 - 22:29
Millimiz 4-cü yeri tutdu, Çexiya çempion oldu

Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirinə yekun vurulub.

Apasport.az saytı xəbər verir ki, millimiz turniri 4-cü pillədə başa vurub. Yığmamız bürünc medal uğrunda görüşdə Qazaxıstana uduzub.

Əsas vaxtı 2:2 hesabı ilə başa çatıb və qalib penalti zərbələri zamanı müəyyənləşib. Daha dəqiq olan Qazaxıstan komandası 3-cü yeri tutub.

Həlledici matçda Çexiya və Serbiya komandaları qarşılaşıblar. Çexiya futbolçuları gərgin keçən görüşdə 4:3 hesabı ilə qələbə qazanaraq, turnirin qalibi olublar.

Turnirin bağlanış mərasimində qalib komandaya kubok təqdim edilib. Eyni zamanda turnirin ən yaxşı qapıçısı seçilmiş Ondrey Beran (Çexiya), ən sərrast futbolçu Denis Lanka (Çexiya) və ən yaxşı futbolçu adına layiq görülmüş Veselin Qubereniç (Serbiya) AMF tərəfindən qiymətli hədiyyələrlə təltif olunub.
 

3-cü yer uğrunda
Azərbaycan – Qazaxıstan – 2:2, pen. 1:3

Final 
Çexiya – Serbiya – 4:3

writer photo
Əlirza Əlirzalı
0