“Qarabağ” Benzianı komandada saxlamaq istəyir
05.03.2024 - 20:41
“Qarabağ” Benzianı komandada saxlamaq istəyir

Misli Premyer Liqası təmsilçilərindən “Qarabağ” aparıcı futbolçularından biri olan Yassin Benzia haqda da addım atmaq istəyir.

Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi əlcəzairli yarımmüdafiəçinin müqavilə müddətini artırmağı planlaşdırır.

Buna görə, ona yeni bir illik müqavilə təklif edilib. Tərəflərin razılıq əldə edəcəyi ehtimal olunur.

Benzianın “Qarabağ”la hazırkı müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. 

O, 2023-cü il yanvarın 26-da Azərbaycan çempionu ilə anlaşıb.

Qeyd edək ki, Benzia buna qədər “Lion”, “Lill”, “Fənərbaxça”, “Olimpiakos”, “Dijon”, “Hatayspor” klublarında oynayıb.

writer photo
Əlirza Əlirzalı
0