Güləşçilərimizin olimpiada nəticələri - Statistika
05.08.2024 - 10:47
Güləşçilərimizin olimpiada nəticələri - Statistika

Müstəqil ölkə kimi iştirak etdiyimiz 7 Olimpiadada güləşçilərimiz 25 medal qazanıb.

Apasport.az Olimpiya Oyunları statistikamızı təqdim edir:

Bu vaxta qədər qazandığımız 25 medaldan 4-ü qızıl, 8-i gümüş, 13-ü isə bürüncdür.

Medalların əyarına görə, London-2012, sayına görə isə Rio-2016-da qazanılan uğur ən yaxşı nəticədir.

Beləliklə, güləşçilərimiz Atlantada 1 gümüş, Sidney və Afinada 1 qızıl, Pekin və Tokioda 1 gümüş, 2 bürünc, Londonda 2 qızıl, 2 gümüş, 3 bürünc, Rioda 3 gümüş, 6 bürünc qazanıb.

Qeyd edək ki, Parisdə keçirilən Yay Olimpiya Oyunlarında güləş yarışları bu gün start götürür.  

writer photo
Əlirza Əlirzalı
0