PSJ Liqa 1-də ardıcıl 22-ci dəfə məğlubiyyətsiz qalır
01.04.2024 - 09:24
PSJ Liqa 1-də ardıcıl 22-ci dəfə məğlubiyyətsiz qalır

Martın 31-də PSJ səfərdə "Marsel" üzərində qələbə qazanıb.

Apasport.az xəbər verir ki, Fransa çempionatının 27-ci turunun oyunu 2:0 hesabı ilə parislilərin xeyrinə başa çatıb. Qolları Vitinya və Qonçalo Ramos vurub.

Luis Enrikenin komandası bu görüşlə Fransa Liqa 1-də ardıcıl 22-ci dəfə məğlubiyyətsiz qalıb. Bu görüşlərdə PSJ 16 dəfə qalib gəlib, 6 dəfə heç-heçə edib.

27 turdan sonra PSJ ölkə çempionatının turnir cədvəlinə başçılıq edir. Komandanın aktivində 62 xal var. 28-ci turda parislilər doğma meydanda "Klermon"u qəbul edəcək. Qarşılaşma aprelin 6-da baş tutacaq.
 

writer photo
Əlirza Əlirzalı
0