“İnter”in Taremi planı
01.11.2023 - 09:11
“İnter” heyətinə yeni hücumçu qatmağa qərar verib.
Apasport.az xəbər verir ki, İtaliya klubu Mehdi Tareminin xidmətində maraqlıdır.
İranlı hücumçunun “Porto” ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Portuqaliyalılar onun anlaşmasını uzatmaq niyyətində deyil.
Milan təmsilçisi onu yayda azad agent kimi heyətinə qatmağı planlaşdırır. “İnter” ona 3 illik müqavilə təklif edəcək.
Qeyd edək ki, Taremi 2020-ci ildən “Porto”da çıxış edir.
0
0