Sabiq kapitan rəhbər olacaq
30.11.2022 - 10:37
“Los Anceles”in müdafiəçisi Corcio Kyellini karyerasını bitirməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, 38 yaşlı futbolçunun yeni iş yeri də böyük ölçüdə məlumdur.
İtaliya millisinin sabiq üzvü uzun illər formasını geyindiyi və kapitanı olduğu “Yuventus”da rəhbər vəzifələrdən birini tutacaq. Prezident və vitse-prezidentin istefasından sonra rəhbər heyətində dəyişiklik edən Turin klubu Kyellinini də qaytarmaq üçün danışıqları yekunlaşdırmaq üzrədir.
Qeyd edək ki, Corcio Kyellini 2004-2022-ci illərdə “Yuventus”un formasını geyinib.
0
0