Hindistanın paytaxtı Yeni Dehlidə qadın boksçular arasında keçiriləcək dünya çempionatının püşkü atılıb.
Apasport.az saytı xəbər verir ki, püşkə əsasən Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub.
Boksçularımızdan ilk olaraq Anaxanım İsmayılova və Zeynəb Rəhimova mübarizəyə qoşulacaqlar.
Dünya çempionatı
1/32 final
16 mart
Anaxanım İsmayılova (50 kq) – Zarin Nixad (Hindistan)
Zeynəb Rəhimova (54 kq) – Lethokule Sibisi (CAR)
1/16 final
18 mart
Günel Rəhimova (48 kq) – Snejana Silykoviç (Serbiya)
Şəhla Allahverdiyeva (66 kq) – Mariya Ernandes (Dominikan Respublikası)
19 mart
Məhsəti Həmzəyeva (57 kq) – Cennifer Peters (Yeni Zelandiya)
22 mart
1/4 final
Aynur Rzayeva (+81 kq) – Angel Corc Eyed (Trinidad və Tobaqo)/Kelin Li-Lo (Yeni Zelandiya)
Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq.