“Zəngəzur” qələbə ilə başladı
13.09.2023 - 20:04
“Zəngəzur” qələbə ilə başladı

Bolqarıstanda mini futbol üzrə Avropa kubokuna start verilib.

Apasport.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi turnirə qələbə ilə başlayib.

“Zəngəzur” yerli “Qalaktiko Vratsa” klubu ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarının Elməddin Hüseynzadə və Haqverdi Həsənov vurublar. 

Qeyd edək ki, “Zəngəzur” növbəti oyunlarını sabah TMT (Yunanıstan) və “Veçka Olomuts” (Çexiya) qarşı keçirəcək.
 

writer photo
Əlirza Əlirzalı
0