Linqard da Cerardın yanına yollandı
23.09.2023 - 17:59
"Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi Cessi Linqard Səudiyyə Ərəbistanına yollanıb.
Apasport.az saytı xəbər verir ki, 30 yaşlı futbolçu "Əl İttifaq" klubuna keçməyə yaxındır.
Komanda ilə məşqlərə çıxan təcrübəli ingilislə bağlı qərarın yaxın günlərdə verilməsi gözlənilir. Stiven Cerardın rəhbərlik etdiyi komanda futbolçunun son durumunu yaxından görmək istəyir.
Qeyd edək ki, ötən mövsümü İngiltərənin “Nottingem Forest” klubunda keçirən Linqard hazırda azad agentdir.
0
0