Azərbaycan kubokunda 1/8 final mərhələsinin daha bir oyunu başa çatıb.
Apasport.az xəbər verir ki, “İrəvan” “Araz-Naxçıvan”ı qəbul edib.
I Liqa təmsilçisi görüşdə hesabı açsa da, Naxçıvan klubuna müqavimət göstərə bilməyib. Azər Bağırovun yetirmələri 8:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, “Araz-Naxçıvan”ın 1/4 finaldakı rəqibi bu gün keçiriləcək “İmişli” – “Qəbələ” matçına müəyyənləşəcək.
Azərbaycan kuboku
1/8 final
19 dekabr (çərşənbə axşamı)
13:00. “İrəvan” – “Araz-Naxçıvan” - 2:8
Qollar: Vüsal Qənbərov, 16, Vüsal Əsgərov, 37 - Aksel Nqando, 24, 43, 45+4 (p.), Orxan Əliyev, 25, 51, Miço Kuzmanoviç, 73, Elvis Maşike, 80, 83
“İrəvan”: 33. Andrey Sinenka, 28. Cavid Tağıyev (k), 6. Kamal Mirzəyev, 71. Fəhmin Muradbəyli, 50. Fərid Kərimzadə, 44. Seymur Əliyev, 3. Arsen Ağcabəyov, 18. Vüsal Əsgərov, 2. Ramin Məhərrəmov, 29. Vüsal Qənbərov, 4. Ege Atlam Adnan
Ehtiyat oyunçular: 1. Rafiq Həsənov, 8. Elşən Abdullayev, 19. Famil Camalov, 73. Bəşir Ayralov, 99. Balamirzə Soltanov
Baş məşqçi: Nazim Süleymanov
“Araz-Naxçıvan”: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 19. Aksel Nqando, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 12. Kristian Avram, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 5. Nihad Qurbanlı, 2. Abdulla Rzayev, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 8. İsmail Azzaui
Baş məşqçi: Azər Bağırov
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Nəriman Axundov
“ASK Arena”