Kazemiro qayıtdı
12.12.2023 - 09:31
Kazemiro qayıtdı

“Mançester Yunayted”in futbolçusu Kazemiro sıraya dönüb.

Apasport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi zədədən sonra məşqlərə başlayıb.

31 yaşlı futbolçu noyabrın əvvəlində zədələnib. O, İngiltərə Liqa kubokunun  “Nyukasl”la 1/8 final oyununda xəsarət alıb.

Qeyd edək ki, Kazemiro cari mövsümün 12 matçında 4 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0