Lovren yenidən Fransaya qayıtdı
03.01.2023 - 15:06
Xorvatiyalı Deyan Lovren yenidən Fransa “Lion”una qayıdıb.
Apasport.az xəbər verir ki, Rusiyanın “Zenit” komandasından transfer edilən 33 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.
Lion təmsilçisinə futbolçunun keçidi 2 milyon avroya başa gəlib.
Qeyd edəki ki, Lovren 2010-cu ildə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan “Lion”a keçmişdi. Futbolçu köhnə-yeni komandasının heyətində 102 oyunda 3 qol da vurub.
0
0