Paralimpiya çempionları üçün xüsusi təqaüd veriləcək
24.07.2024 - 16:38
Azərbaycanın paralimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi paralimpiya təqaüdü təsis olunub və onun aylıq məbləği minimum aylıq əməkhaqqı məbləğinin 2 (iki) misli miqdarında müəyyən edilib.
Apasport.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Təsis edilən təqaüd Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
0
0