"Qarabağ" polşalıların maraqlandığı oyunçusu ilə müqaviləni yenilədi - FOTO
16.12.2022 - 20:32
"Qarabağ" polşalıların maraqlandığı oyunçusu ilə müqaviləni yenilədi - FOTO

"Qarabağ" 4 gənc futbolçusu ilə müqaviləni yeniləyib.

Apasport.az klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, Musa Qurbanlı, Toral Bayramov, Elvin Cəfərquliyev və İsmayıl İbrahimli ilə 3,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlı ilə Polşanın "Poqon" klubunun maraqlandığı bildirilir.

writer photo
Əlirza Əlirzalı
0