"Milan"ın sabiq futbolçusu İtaliya klubuna baş məşqçi təyin olundu
15.02.2023 - 22:28
"Milan"ın sabiq futbolçusu İtaliya klubuna baş məşqçi təyin olundu

"Milan" və "Napoli"nin sabiq futbolçusu Massimo Oddo İtaliyanın SPAL klubuna baş məşqçi təyin olunub.

Apasport.az xəbər verir ki, 46 yaşlı Oddo SPAL ilə mövsümün sonunadək müqavilə imzalayıb. Ferrara təmsilçisi B Seriyasında qalarsa, onunla müqavilənin müddəti daha 1 illik uzadılacaq.

Qeyd edək ki, dünən SPAL-ın baş məşqçi Danyele de Rossini işindən kənarlaşdırdığı məlum olub. Hazırda klub 19-cu yeri tutur və C Seriyasına düşməyə namizədlər arasındadır.

writer photo
Əlirza Əlirzalı
0