"İnter"in transfer hədəfi "Beşiktaş" yolunda
22.04.2024 - 14:56
"İnter"in transfer hədəfi "Beşiktaş" yolunda

Fernando Santuşla yollarını ayıran "Beşiktaş" yeni mövsüm planlarına bütün sürəti ilə davam edir.

Apasport.az xəbər verir ki, məşqçi axtarışlarını davam etdirən "qara-ağlar"ın Argentinadan transfer edəcəkləri futbolçu ilə müdafiəni gücləndirəcəyi iddia edilib.

"Beşiktaş" "Boka Xuniors"da çıxış edən Nikolas Valentini transferini yekunlaşdırmağa hazırlaşır. "Beşiktaş"ın "İnter"in də radarında olan və Argentina millisinə yüksələn 23 yaşlı sol müdafiəçi ilə əl sıxdığı iddia edilib.

"Boka Xuniors"un müqaviləsini yenilənmədiyi üçün bir müddət heyətdən kənarda qalan Nikolas Valentini bu mövsüm Argentina yığması ilə 9 oyun keçirib, 1 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0