Qış transfer dönəmində "Fənərbaxça"dan ayrılacağı gözlənilən Rayan Kent bir çox komanda ilə anılır.
Apasport.az "Mirror"a istinadla xəbər verir ki, Kentin son iddiaçısı Zaqreb “Dinamo”su olub.
Digər tərəfdən "Fənərbaxça"nın Rayan Kent üçün istədiyi məbləğ də məlum olub. "Sarı-lacivərdlilər" ingilis futbolçu üçün 3,5 milyon funt sterlinq tələb edir.
Mənbənin məlumatına görə, Stiven Cerrardın çalışdığı “Əl-İttifaq”, “Hull Siti” və bir neçə digər Çempionşip komandası da 27 yaşlı futbolçu ilə maraqlanır.
Qeyd edək ki, "Fənərbaxça" mövsümün əvvəlində 4 illik müqavilə bağladığı Rayan Kenti ödənişsiz olaraq heyətinə qatıb. "Sarı-göy" forması ilə ümumilikdə 15 matça çıxan ingiltərəli 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.