Xorvatiya - Albaniya oyununun ən yaxşısı odur
19.06.2024 - 19:51
Xorvatiya - Albaniya oyununun ən yaxşısı odur

UEFA Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda keçirilən Xorvatiya - Albaniya görüşünün ən yaxşı futbolçusunu açıqlayıb.

Apasport.az xəbər verir ki, bu, Xrovatiya millisinin üzvü Andrey Kramariç olub. 

33 yaşlı hücumçu Albaniya ilə matçın 74-cü dəqiqəsində fərqlənib.

Sözügedən matç 2:2 hesabı ilə başa çatıb.

writer photo
Əlirza Əlirzalı
0