2023-cü ilin ən yaxşı qapıçısı müəyyənləşdi
28.12.2023 - 00:22
2023-cü ilin ən yaxşı qapıçısı müəyyənləşdi

 

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı qapıçısını açıqlayıb.

Komanda.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, bu ada İngiltərənin “Mançester Siti” klubunun qolkiperi Ederson layiq görülüb.

Braziliyalı futbolçu 145 xalla bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki,  son dünya çempionu olan argentinalı Emiliano Martines ikinci, belçikalı Tibo Kurtua isə üçüncü yeri tutub.

writer photo
Əlirza Əlirzalı
0