Millimiz Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
19.05.2024 - 14:11
Millimiz Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq

Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, mayın 19-da Moldovada jurnalistlər arasında minifutbol üzrə Avropa Millətlər Liqası baş tutacaq.

Bu turnirdə Azərbaycanın jurnalistlərdən ibarət milli komandası da iştirak edəcək. Yığmamız qrupdakı rəqibləri bəlli olub. 

Belə ki, jurnalistlərimiz Kişinyovda B qrupunda İsrail, Almaniya və Moldova komandaları ilə qarşılaşacaq. Komandamızın ilk oyunu mayın 19-da Almaniya yığmasına qarşı olacaq.

writer photo
Əlirza Əlirzalı
0