DÇ-2022-nin instaqram ulduzları – 1 paylaşımın qiyməti...
25.09.2022 - 16:47
DÇ-2022-nin instaqram ulduzları – 1 paylaşımın qiyməti...

DÇ-2022-də çıxış edəcək yığmaların instaqramdakı 10 ən nüfuzlu futbolçusu açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ulduzların səhifəsinin izləyici sayı və buradakı paylaşımların qiyməti əsas götürülüb.

Kriştiano Ronaldo hamıdan öndə qərarlaşıb. Onu PSJ-nin oyunçuları izləyir. Lionel Messi ikinci, Neymar üçüncü, Kilian Mbappe dördüncüdür.

1. Kriştiano Ronaldo (“Mançester Yunayted” / Portuqaliya) – 480 milyon izləyici, paylaşımın qiyməti – 3 585 218 milyon dollar
2. Lionel Messi (PSJ / Argntina) – 360 milyon izləyici, paylaşımın qiyməti – 2 631 388 dollar
3. Neymar (PSJ / Braziliya) – 178 milyon izləyici, paylaşımın qiyməti – 1 152 495 dollar
4. Kilian Mbappe (PSJ / Fransa) – 72,5 milyon izləyici, paylaşımın qiyməti – 1 173 157 dollar
5. Vinisius Junior (“Real” / Braziliya) – 23 milyon izləyici, paylaşımın qiyməti – 685 120 dollar
6. Kərim Benzema (“Real” / Fransa) – 58 milyon izləyici, paylaşımın qiyməti – 489 239 dollar
7. Paulo Dibala (“Roma” / Argentina) – 49 milyon izləyici, paylaşımın qiyməti – 491 547 dollar
8. Nqolo Kante (“Çelsi” / Fransa) – 14 milyon izləyici, paylaşımın qiyməti – 525 178 dollar
9. Pol Poqba (“Yuventus” / Fransa) – 55 milyon izləyici, paylaşımın qiyməti – 407 542 dollar
10. Serxio Ramos (PSJ / İspaniya) – 53 milyon izləyici, paylaşımın qiyməti – 368 639 dollar
 

writer photo
Əlirza Əlirzalı
0