"Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Cəbəllütariqin “Linkoln” komandası ilə qarşılaşıb. Görüş Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
2 oyunun nəticəsinə görə 7:0 qələbə qazanan Azərbaycan təmsilçisi növbəti mərhələyə yüksəlib.
“Atlılar” III təsnifatda “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
30 iyul
20:00 Qarabağ – Linkoln (Cəbəllütariq) 5:0
Qol: Juninyo, 17, 31, 44. Benzia, 66. Andrade, 72
İlk oyun – 2:0
"Qarabağ": 97. Fabiyan Buntiç, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 27. Toral Bayramov, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yanukoviç, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olaviyo Juninyo
Baş məşqçi: Qurban Qurbanov
"Linkoln": 1. Nauzet Santana, 5. İbrahim Ayu, 6. Bernardo Lopes (k), 15. Rafael Munyos, 24. Con Serqeant, 21. Nano, 8. Mustafa Yahaya, 22. Qrem Torrilya, 11. Julian Valarino, 17. Pedro Martin, 20. Etan Britto
Baş məşqçi: Xavyer Munyos