Remsdeylə rəqib axtarışında
30.07.2023 - 18:37
Remsdeylə rəqib axtarışında

“Arsenal” heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.

Apasport.az-ın məlumatına görə, “topçular” David Raya ilə maraqlanır.

“Brentford”un qapıçısı az əvvəl “Bavariya”nın diqqət mərkəzinə düşmüşdü. O vaxt komanda ispaniyalı qolkiperin dəyərini 40 milyon funt qiymətləndirmişdi. “Arsenal”ın qarşı tərəfə rəsmi təklif göndərməsi barədə dəqiq informasiya yoxdur. Amma London klubu əsas qapıçı Aaron Remsdeyllə rəqabət aparacaq həmkar axtarır.

Qeyd edək ki, Rayanın “Brentford”la müqaviləsi 2024-cü ilin yayında bitəcək. Bu amil “topçular”a Davidi heyətə qatmaq şansı yaradır.
 

writer photo
Əlirza Əlirzalı
0