"Real Madrid" ulduzu "Çelsi"nin hədəfində
23.03.2024 - 16:54
"Real Madrid" ulduzu "Çelsi"nin hədəfində

"Real Madrid"in və Braziliya millisinin hücumçusu Rodriqo İngiltərə Premyer Liqasının növbəti təmsilçisinin maraq dairəsinə düşüb.

Apasport.az xəbər verir ki, bu barədə “Todofichajes” portalı məlumat yayıb.

Mənbənin məlumatına görə, 23 yaşlı futbolçu ilə Londonun "Çelsi" klubu maraqlanır.

“Mançester Yunayted”, “Arsenal”, “Mançester Siti” və “Liverpul”un yer aldığı futbolçuya iddialılar siyahısına “pensiyaçılar” da qoşulub.

Rodriqonun transfer dəyəri 100 milyon avro olaraq qiymətləndirilir. Onun kral klubu ilə 2028-ci ilin ortalarına qədər müqaviləsi var.

 

writer photo
Əlirza Əlirzalı
0