Millimiz Avropa çempionatının medal sıralamasında 2-ci oldu
19.02.2024 - 10:16
Millimiz Avropa çempionatının medal sıralamasında 2-ci oldu

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatına yekun vurulub.

Apasport.az xəbər verir ki, qitə birinciliyinin son 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutub.

Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında yarışda iştirak edən 10 güləşçimizdən 7-si fəxri kürsüyə qalxıb.

1 gümüş və 6 bürünc medal qazanan millimiz 122 xal toplayaraq, komanda hesabında Avropa 3-cüsü olub. Türkiyə (140) birinci, Gürcüstan (130) isə ikinci yeri tutub.

Xatırladaq ki, qitə birinciliyinə 25 pəhləvanla yollanan heyətimiz 5 qızıl, 3 gümüş, 8 bürünc medala yiyələnib. Sərbəst güləşçilər 1 gümüş, 6 bürünc, yunan-Roma güləşçiləri 3 qızıl, 2 gümüş, 1 bürünc, qadınlar isə 2 qızıl və 1 bürünc mükafata sahib çıxıblar.

Beləliklə, millimiz Avropa çempionatında ümumi medal sıralamasında ikinci yeri tutub.

writer photo
Əlirza Əlirzalı
0