Bu gün Krakov-2023 III Avropa Oyunlarının çimərlik futbolu yarışları başa çatacaq.
Apasport.az saytının məlumatına görə, kişilərdən ibarət Azərbaycan yığması Polşada son matçını keçirib.
Yığmamız 5-ci yer uğrunda oyunda qüvvəsini sınayıb. Zeynal Zeynalovun yetirmələri Moldova ilə görüşüb.
Komandamız ardıcıl ikinci qələbəsini qazanıb – 4:2. Bununla da yığmamız Avropa Oyunlarında 5-ci yeri tutub.
Qeyd edək ki, millimiz qrupda Polşaya 2:7, Portuqaliyaya 2:5, İspaniyaya 1:7 hesabı ilə uduzub, 5-8-ci yerlər uğrunda görüşdə Ukraynanı əlavə vaxtda üstələyib – 7:6
Avropa Oyunları
Çimərlik futbolu
Kişilər, 5-ci yer uğrunda oyun
16:00. Azərbaycan - Moldova – 4:2
Qollar: Amid Nəzərov, Sabir Allahquliyev, Fuad Hüseynov, Ramil Əliyev