Millimiz hazırlıqları Misirdə davam etdirəcək
14.02.2024 - 17:58
Millimiz hazırlıqları Misirdə davam etdirəcək

Çimərlik voleybolu üzrə 18 yaşadək qızlar arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan yığması yarışa hazırlığı Misirdə davam etdirəcək.

Azərbaycan Voleybol Federasiyasından apasport.az-a verilən məlumata görə, komanda bu məqsədlə bu gün Şarm əl-Şeyx şəhərinə yola düşüb.

Milli burada rusiyalı mütəxəssis İqor Olefirin rəhbərliyi ilə 14 gün təlim-məşq toplanışı keçəcək. U-18 bir neçə yoxlama matçında da qüvvəsini sınayacaq.

Təlim-məşq toplanışına 6 qız voleybolçu cəlb olunub. Baş məşqçi İqor Olefirə məşqlərdə Nihad Tarverdiyev kömək edəcək.

Qeyd edək ki, AVRO-2024 bu il iyulun 11-dən 14-dək Gürcüstanın Kaçreti şəhərində baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0