"Əl-Hilal"ın qapıçısı Yasin Bunu açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Apasport.az saytı xəbər verir ki, 32 yaşlı mərakeşli yayda Madrid "Real"ına keçmək şansı olduğunu deyib.
Futbolçu bu keçidinin baş tutmamasının səbəbini də açıqlayıb. O bildirib ki, “Kral klubu”ndan təklif alıbmış: “Prioritet seçim idim. Lakin Afrika Kuboku vəziyyəti çətinləşdirdi, buna görə də müqavilə imzalamaq uğursuz oldu".
Qeyd edək ki, Bunu 2020-23-cü illərdə "Sevilya"da çıxış edib. Komanda ilə birlikdə iki dəfə Avropa Liqasının qalibi olan qolkiper, Əndəlüs klubunun heyətində son oyununu UEFA Superkubokunda "Mançester Siti"yə qarşı keçirib. O, "Əl-Hilal"a 19 milyon avroya keçib və 3 illik müqavilə imzalayıb.