31 illik həsrətə son
12.01.2023 - 10:19
31 illik həsrətə son

“Nottinhem Forest” İngiltərə Liqa kubokunun yarımfinalına yüksəlib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi 31 ildən sonra daxili kubok yarışlarında bu qədər irəliləyib.

Nottinhem təmsilçisi sonuncu dəfə 1991/92 mövsümündə 1/4 final səddini adlayıb. Həmin vaxt komanda Liqa kubokunun finalına qədər irəliləyib. Həlledici görüşdə isə “Mançester Yunayted” 1:0 hesablı qələbə qazanıb. Bu dəfə eyni rəqiblə duel yarımfinalda  baş tutacaq.

Qeyd edək ki, “Nottinhem Forest” 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında “Vulverhempton”u məğlub edib – 4:3.
 

writer photo
Əlirza Əlirzalı
0