Millimiz “İnkişaf”da: “-11”
28.04.2023 - 16:48
Millimiz “İnkişaf”da: “-11”

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf turnirində son oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız Rumıniyanın paytaxtı Buxarestdəki son görüşündə Yunanıstanla qarşılaşıb.

“İnkişaf”da keçirdiyi ilk iki matçda uduzan komandamız bu dəfə də meydandan məyus ayrılıb. Yığmamız 0:3 hesabı ilə uduzub.

Ukrayna və Rumıniyaya eyni – 0:4 hesabı ilə uduzan millimiz turniri xalsız və qolsuz başa vurub. Futbolçularımız buraxılan 11 qola üzülüb. 

writer photo
Əlirza Əlirzalı
0