Millimiz Niderlandın qapısından 6 top keçirdi
20.09.2023 - 21:36
Millimiz Niderlandın qapısından 6 top keçirdi

Dünya çempionatının elit mərhələsində Azərbaycan futzal yığması ikinci oyununu keçirib.

Apasport.az saytı xəbər verir ki, milli Bakıda Niderland komandasını məğlub edib.

Görüş futzalçılarımızın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın heyətində Rafael Vilela və Felipenyo hərəyə iki qol vurublar. Digır iki topu rəqib qapısından Everton Kardoso və Maneka keçirib.

Qeyd edək ki, komandamız qrupun ilk oyununda Rumıniyaya 1:3 hesabı ilə uduzmuşdu.
 

writer photo
Əlirza Əlirzalı
0