Millimiz penaltilərlə uduzdu
22.08.2023 - 17:35
Millimiz penaltilərlə uduzdu

Estoniyanın paytaxtı Tallində təşkil olunan UEFA İnkişaf turnirinə start verilib.

Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk oyununu keçirib. 

Yığmamız Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş heç-heçə başa çatıb – 0:0. 

Əsasnaməyə əsasən, qalibi müəyyən etmək üçün penaltilər seriyası təşkil olunub. Penaltiləri daha dəqiq yerinə yetirən rəqib komanda yekunda 3:2 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, millimiz turnirdə növbəti oyununu avqustun 24-də estoniyalı yaşıdlarına qarşı keçirəcək.
 

writer photo
Əlirza Əlirzalı
0